Azərbaycanda yaşayan katoliklər Milad bayramını qeyd edirlər

16:49 25-12-2021 783

Bu gün dünya katolikləri Milad bayramını qeyd edir.

 

Bu münasibətlə dünən axşamdan başlayaraq Bakıda yerləşən Müqəddəs Məryəm katolik kilsəsində dua ayinləri icra edilib.

 

Davam edən pandemiya şəraiti ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarına əsasən, dini ibadətgahlarda 50 nəfərdən artıq şəxsin eyni zamanda ibadət etməsinə icazə verilmədiyindən, mərasim bir neçə dəfə keçirilib.

Daha sonra bir qrup icma nümayəndəsi bayram proqramı ilə çıxış edib.

Dini mərasimdən Oxu.Az-ın fotoreportajını təqdim edirik:

FOTO: Ramil Yunus