Türkiyənin "HİSAR O+" müdafiə sistemi uğurla sınaqdan keçdi:360 dərəcə effektivliyə malikdir, eyni anda ən azı 9 hədəfi vura bilir

20:07 26-12-2021 639
Türkiyədə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemi olan HİSAR O+ sınaqdan keçirilib. 
Proqnoz.com: Bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir Tvitterdə məlumat verib.
"Milli hava hücumundan müdafiə raket sistemimiz HİSAR O+ inventarlaşmadan əvvəl son qəbul atəşində yüksək hündürlükdə yüksək sürətli hədəfi məhv etdi. HİSAR O+ hazırda bütün elementləri ilə tam gücü ilə işləyir. Şanlı ordumuza uğurlar arzu edirik".
HİSAR O+ Prezident Administrasiyası yanında Müdafiə Sənayesi layihəsi olaraq Aselsan-Roketsan ilə əməkdaşlıqda yerli və milli səviyyədə hazırlanıb. Döyüş başlığı isə TÜBİTAK SAGE tərəfindən hazırlanıb. 360 dərəcə effektivliyə malik olan sistem eyni anda ən azı 9 hədəfi vura və atəşə tuta bilir. HİSAR O+ sisteminin qarşısının alınması məsafəsi 25 km-ə çatır.