Azərbaycan ATƏT-in forumuna sədrlik edəcək

17:14 27-12-2021 585

“Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında ATƏT-in təhlükəsizlik üzrə əməkdaşlıq forumuna sədrlik edəcək”.

 Proqnoz.com xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

 O bildirib ki, bu platforma ATƏT-in hərbi-siyasi ölçüsünü müəyyən edir.

 “Azərbaycan üçün bu məsuliyyətli işdir”, – deyə nazir əlavə edib.

 

Aqşin Kərimov