Dünyaca məşhur boksçu ailəsinin gözü qarşısında qətlə yetirildi – FOTO

17:18 27-12-2021 666

ABŞ-dan olan peşəkar boksçu Denni Kelli Merilend ştatında qətlə yetirilib.

 30 yaşlı tanınmış boksçunun ailəsinin gözü qarşısında güllələndiyi bildirilir.

 

Sükan arxasında olan boksçunun yanında birgə yaşadığı qadın və üç övladı olub.

 

Polisin məlumatına görə, başqa avtomobildə olan naməlum şəxs D.Kellinin avtomobilinə atəş açıb.

 

İnsident nəticəsində boksçudan başqa heç kim xəsarət almayıb.

 

Hadisənin baş vermə şəraiti araşdırılır, polis cinayətkarı axtarır.

 

Qeyd edək ki, Denni Kelli 14 döyüş keçirib, 10 qələbə qazanıb (9-u nokautla), üç məğlubiyyətlə üzləşib və bir döyüşdə heç-heçə edib.

 

 

Mənbə: New York Post