"Türkiyə və Ermənistan nümayəndələrinin ilk görüşü Moskvada keçiriləcək"

19:03 27-12-2021 522

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Ermənistan nümayəndələrinin münasibətlərin normallaşdırılması üçün ilk görüşü Moskvada keçiriləcək.

Proqnoz.com: Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 “İlk görüş Moskvada olacaq”, – deyə M.Çavuşoğlu 2021-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Türkiyə XİN başçısı qeyd edib ki, bu təklifi Ermənistan tərəfi irəli sürüb.

Bundan əvvəl Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edilib.

Türkiyə tərəfdən isə bu vəzifəni ölkənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç icra edəcək.