ABŞ vətəndaşı qanuni yolla Eldar Əzizovla Vüqar Zeynalovun kreslolarını əllərindən ala bilər

19:32 27-12-2021 495

Mülkiyyət hüququ insanın təməl hüquqlarından biridir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsinin dövlət tərəfindən tanınan və qorunan hüququdur ifadəsidir.

 

Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Amma gerçəklik bundan ibarətdir ki, ölkəmizdə fiziki və hüquqi şəxslərin mülkiyyət hüquqları tapdalanır, onların əmlakları hətta dövlət ehtiyacı üçün alınanada belə yetərincə kompensasiyta ödənilmir. Bu məqalədə göstərəcəyimiz misalda isə mülkiyyət hüququ əlindəın alınmışvətəndaşa ümumiyyətlə heç bir kompensasiya ödənilməyib.

Dəryaz qəzetinin redaksiyamıza müraciət etmiş Ənzabi İlhamə Yusif qızı həm Azərbaycan, həm də ABŞ vətəndaşıdır. Ərizəsində yazır ki, 1997-ci ildə Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massivdə 9 hektar torpaq sahəsi almışdır. Torpağın rəsmi 0092418 nömrəli Çıxarış sənədi var.  Torpaq sahəsi daş hasara alınmış, geniş darvaza, əlavə qapı qoyulmuşdu. İçərisində 1 otaqlı yaşayış yeri tikilmişdir. Ev bütün kommunal xidmətlərlə (işıq, su, qaz) təmin olunmuşdur.

2011-ci ildə mülkiyyətçi ölkəyə növbəti gəlişi zamanı aşkar edib ki, hasarının bir tərəfi sökülmüş, üzərinə oxuna bilinməyən kağız parçası yapışdırılmışdır. Badamdar bələdiyyəsinə müraciət edəndə ona bildirilib ki, həmin ərazi məktəb salınması üçün plana düşüb.

Səbail rayon İcra Halimiyyətinə dəfələrlə müraciət edəndə 1 il ərzində mülkiyyətçiyə bildirilib ki, ona kompendsasiya ödənilməsi üçün vəsait ayrılmayıb. 2012-ci ildə məhkəməyə müraciət etdiyi vaxt artıq mülkiyyəti tamamilə dağıdılmış və üzərində məktəb tikilmiş, hətta onun tikdirdiyi hasarın daşları belə tikintidə istifadə olunubmuş.

Beləliklə, 2012-ci ildən başlayan məhkəmə çəkişməsi 2018-ci ilə qədər davam edib. Müstəqil ekspertiza (MBA-Kosaltinq və qiymətləndirmə şirkəti) 03.10.2014 tarixdə torpaq sahəsini 241459 manatla qiymətləndirsə də, 19.10.2017-ci ildə mülkiyyətçinin özünün və vəkilinin iştirakı olamadan Appelyasiya məhkəməsi keçirilmiş və əmlak sahibinin xeyrimə cəmi 85000 manat kompensasiya ödənilməsinə dair (103-1720/2017) nömrəli qərar qəbul edilmişdir. Cavabdeh qismində Səbail və Bakı İcra Hakimiyyətləri müştərək şəkildə göstərilmişdir.

30.03.2018-ci ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Ali Məhkəmənin 2-1(102)-551/18 saylı qərarı  icra olunması üçün Bakı şəhəri Səbail rayonu İcra və Probasiya Şöbəsinə göndərilmişdir.

Şikayətçinin ərizəsinə qoşma olaraq redaksiyaya göndərdiyi sənəd surətlərindən görünür ki, Səbail İcra və Probasiya Şöbəsi 04.06.2018 qərarı ilə borclunun əmlakının siyahıya alınması və  üzərinə həbs qoyulması barədə qərar qəbul etmişdir. Səbail İcra Hakimiyyəti 15.11.2018-ci il tarixdə məktubla İcra və Probasiya Şöbəsinə cavab verib ki, yerli icra hakimiyyətlərinin xərcləri dövlət büdcəsi hesabına maliyyələşdirilir və büdcəsində əlavə vəsait nəzərdə tutulmamışdır. Tələb olunan vəsaitin ayıtılması üçün işlə bağlı məsələyə münasibət bildirilməsi üçün məhkəməyə üçüncü şəxs kimi cəlb olunan  Maliyyə Nazirliyinə xahiş edilmişdir.

Vətəndaş İ.Ənzabi əlavə olaraq redaksiyaya məlumat vermişdir ki, Maliyyə Nazirliyindən qeyd olunan təyinatla, yəni ona kompensasiya ödənilməsi üçün İcra Hakimiyyətinə pul ayırılıb. Amma İcra Hakimiyyətində ona torpaq sahəsinin yerində tikilən məktəbin Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilərək inşa edildiyi vurğulanaraq pulunu vermirlər.

İ.Ənzabi ikili vətəndaşı olduğu ABŞ dövlətinin Azərbaycandakı səfirliyinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya yazılı müraciət etsə də, hələ də müsbət nəticə əldə edə bilməyib.

Məsələdə maraqlı nüanslar diqqəti çəkir: Birincisi budur ki, məmurlar (bizim misalda Bakı şəhər və Səbail rayon icra hakimiyyətlərinin başçıları Heydər Əliyev Fondunu “kəsdiyi başa sorğu-sual olmayan” bir qurum kimi təqdim edərək, pullarını mənimsədikləri vətəndaşların Mehriban Əliyevaya olan etimadını sarsıdırlar.

İkinci nüans odur ki, nəzəri və hüquqi cəhətdən Bakı ŞİH və Səbail RİH başçılarının əmlakları kimi kreslolarının da üzərinə həbs qoyulub hərraca çıxarıla bilər və satışından əldə olunan pul torpağı alınmış mülkiyyətçiyə kompensasiya kimi ödənilə bilər. Ən nəhayət, üçüncüsü, ikili vətəndaşlığı olan İ.Ənzabi Azərbaycan və ABŞ-da insan və vətəndaşların mülkiyyət hüququnu tənzimləyən  qanunların gücünü beynəlxalq səviyyədə müqayisə müstəvisinə çıxara bilər.

    

Müəllif Habil Tağıyev

Mənbə Deryaz.az