“QRADFELD” "Məhdud Məsuliyyətsiz cəmiyyət",
yaxud "gənc moşenniklər"

15:16 28-12-2021 468
Rövşən Kəbirli
 
Atalar sözüdür: deyir çox oxuyan yox, çox gəzən çox bilər. Zamanında da oxumuşam, indi də peşəmdən dolayı ölkəmizdə və beynəlxalq aləmdə baş verən, bizə gəlib çatan gündəlik xəbərləri izləyirəm. Amma etiraf edim ki, əsgərlik illərimin Rusiyada keçdiyini nəzərə almasaq (1979-1981) Azərbaycandan kənara çıxmamışam. Heç vətənimin əksər bölgələrində də olmamışam.
Nəyi demək istəyirəm? İllərdir izləyirəm, gəldiyim nəticə belədir ki, insanlıq adına ən naqis olaylar daha çox bizdə, Türkiyədə, Rusiya Federasiyasında və bəzi postsovet ölkələrində baş verir: Oğurluq, quldurluq, dələduzluq, narkoticarət, qarət, avtoqəzalar və.s əxlaqi dəyərlərə zidd əməllər. Təbii, ola bilər ki, bu hadisələr hətta ən sivil və inkişaf etmiş ölkələrdə də baş verir amma inanmıram ki, bizdəki kimi total xarakter daşısın. Sanki çoxluq səhər yuxudan bu gün kimi aldadacağı istəyi ilə oyanır. 
Bu yazıda mən rastlaşdığım bir dələduzluq hadisəsi haqqında danışacam. Danışacam ki, başqaları bu işbazların toruna düşməsin.
Orta məktəbi və universiteti “Qırmızı diplom”la qutaran oğlumun Almaniyada magistir təhsili alması üçün bu kimi məsələrlə məşğul olan bir  bir qurumun yardımına, məsləhətinə ehtiyac duyulurdu. Fikirləşirdik ki, hər necə olsa bu işdə onların təcrübəsi var, xidmət haqqın ödəyərik, onlar da yardım edərlər.
Bu istəklə “CASPİAN PLAZA” Biznes Mərkəzinin 5-ci mərtəbəsində yuva salmış “QARADFELD” MMC-yə müraciət etdik. Yeri gəlmişkən deyim ki, ümumiyyətlə məramı vətəndaşı aldatmaq olan bu cür fırıldaqçı təşkilatlar  cəlbedicilik olsun deyə bir qayda olaraq prestijli məkanlarda qərarlaşır, əməkdaşlar səliqəli və dəbli geyinir.
Etiraf edim ki, aldanmağımda bu söylədiklərim ciddi rol oynamış oldu.
“QARADFELD” sözünün mənası “Təhsil ərizəsi” anlamın verir. Ofisin içində divarlardan təşilatın guya uğuru kimi qəbulun sevincini yaşayan bir neçə gəncin şəkili asılıb. Bəlkə də araşdırsan görərsən ki, ümumiyyətlə heç o adda tələbə yoxdur. Divarda müştərilərə nəsihət varən plakatlar da asılıb:
-yaxın dostun köməyindənsə peşəkar komandamıza güvənin;
-hər il əksər tələbənin kəsilmə səbəbi yetərincə məlumatlı olmamaq və ya dostların verdikləri natamam məlumatlara əsaslanaraq təhsil müəsissələrinə müraciət etmələridir.
Həyatın hər üzünü görmüş, hansı ölkədə və cəmiyyətdə yaşadığının fərqində olan mən belə, həmyaşıdlarına yardımçı olmağa çağıran bu şüarların təsiri alta düşdüm və aprel ayında Cəmiyyətlə dəyəri 1230 manat olan “Qızıl paket” müqaviləsi imzaladıq. Çəmiyyətin sonralar tanıdığım icraçı direktoru Ağabəy Bayramov adlı birisidir. Elə həmin gün meqavilədə göstərilən məbləği nağd şəkildə Cəmiyyəti təmsil edən xanıma ödədik və Allah qoymasa bizim işi aparacaq Nəriman adlı bir kurator təyin olundu. Söhbət əsnasında dedim ki, jurnalistəm bu pulu mən halal zəhmətimlə qəpik-qəpik yığmışam amma pul bir tərəfə sizə orta və ali məktəbi fərqlənmə ilə qurtaran bir gəncin taleyi, təhsil kariyerası həvalə olunur, səhlənkar yanaşmayın, bacarmayacaqsınızsa bəribaşdan deyin. Dolandırıcılıqda püxtələşmiş bu məxluqlar bizi prosesi uğurla başa çatdıracaqlarınına əmin etdilər. Bəlkə də ortaya Qurani-Kərimi qoysan tərəddüd etmədən ona əl basıb and da içərdilər. May ayının 15-də seçilmiş dörd unuversitetə sənədləri göndərmək adı altında bizdən 240 manat, daha sonra sənədlərin guya həmin ali təhsil ocaqlarında araşdırılmasına görə 360 manat ödəniş tələb etdilər-ödədik. Günlər ayları əvəz edir, artıq sentyabr ayı başa çatmaqdadır amma qəbulla bağlı hər hansı müsbət, yaxud mənfi cavab yoxdur. Belə çıxdı ki, sənəd göndərildiyi iddia olunan alman ali məktəbləri pulu yeyib. Buna inanmaqmı olardı. Və onda əmin oldum ki, dələduzların toruna düşmüşük. Müqvilənin ləğvi üçün icraçı direktor A. Bayramovla görüşdüm, bildirdi ki, xidmət üçün ödənilmiş 1230 manatdan ancaq 800 manat qaytaracaqlar. Sənədlərin göndərilməsi və araşdırılması adı ilə bizdən aldıqları 600 manat isə qaytarılmır. Beləcə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda Ağabəy Bayramov duru yerindən 1030 manat qazanc əldə etdi. Deyim ki, biz “qurbanlardan” nə birinci, nə də sonuncu idik. Mən müqaviləyə xitam vermək üçün ofisə gələndə bizim kimi aldanmış iki gənc də əsəbi şəkildə icraçı direkor A. Bayramovu çıraqla axtarırdı. Hə, onu da əlavə edim ki, ödəniş zamanı şənbə-bazara baxmayan bu gənc “moşennik” direktor pulu qaytarmaq üçün 60 iş günü möhlət götürür özüçün. Təbii, polisə, yaxud məhkəməyə verib dəymiş ziyanı tam ödətdirə və bu dələduz yuvasın ifşa edə bilərdim, sadəcə vaxtıma və əsəbimə heyfim gəldi amma özünə də dediyim kimi onun bazarın bağlamaq yolunda qüvvəmi əsirgəməyəcəm. 
Demə  yaraşıqlı binada oturub, yaraşıqlı paltar geymək heç də vicdanlı və təmiz işləmək anlamına gəlmirmiş. Əksinə....
Paralel.az