Özcan Dəniz gənc sevgilisi ilə kameralara tuş gəldi – FOTO

17:08 28-12-2021 549

Türkiyəli məşhur aktyor Özcan Dəniz iranlı sevgilisi Samar Dadgarla İstanbulda kameralara tuş gəlib.

 Onlar Arnavutköydə bir otelin restoranında yemək yeyərkən görüntüləniblər.

 26 yaşlı modelyer sevgilisi ilə əl-ələ tutan məşhurun tanınmamaq üçün can atması diqqət çəkib. Onun cangüdənləri cütlüyün kameralara düşməməsi üçün demək olar ki, “ətdən divar hörüblər”. 

 Cütlüyün münasibətinin ciddi olduğu iddia edilir.

 49 yaşlı aktyor özündən 23 yaş kiçik sevgilisi ilə ilk dəfə yayda birgə görünmüşdü.

 Feyza Aktanla boşanandan sonra aktyorun oğlu Kuzeyin qəyyumluğu anasına verilib.

 Mənbə: Snob Magazin