Mikayıl Cabbarov Rusiya şirkəti ilə imzalanan müqavilədən yazdı

17:20 28-12-2021 477

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın “Abrau-Durso” şirkəti ilə “Şəki Şərab”ın özəlləşdirilməsi üzrə imzalanan müqavilənin əhəmiyyətindən yazıb. 

Proqnoz.com-un məlumatına görə, bu barədə nazir özünün sosial media hesabında paylaşım edib.
 

“Rusiyanın böyük şərabçılıq təcrübəsinə malik “Abrau-Durso” (Абрау-Дюрсо) şirkəti ilə “Şəki Şərab”ın özəlləşdirilməsi üzrə müqavilə imzalandı. Bu, Azərbaycan şərabının xarici bazarlara çıxışının təşviqi, müasir texnologiyaların tətbiqi, investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətlidir”, – deyə Mikayıl Cabbarov qeyd edib.