Paşinyanın mesajlarını necə oxuyaq? II yazı

14:24 29-12-2021 351

2) Rusiyanın mövqeyi

- Paşinyanın addımı Rusiyanın mənafeyinə ziddir. Səbəbləri sıralayaq: 1) Paşinyan Ermənistanın Avropaya inteqrasiyasına çalışır – bu, Rusiyanın mənafeyinə təhdiddir; 2) bunun üçün Ermənistanın Rusiyanın təsirindən çıxması şərtdir – Rusiya üç ildir ki, bu prosessin qarşısını almağa çalışır; 3) Ermənistanın Avropaya inteqrasiyası üçün Türkiyə ilə münasibətlərin qurulmasına ehtiyac var – bu, Türkiyənin Güney Qafqazda güclənməsi anlamı daşıyır; 4) Azərbaycanla münasibətlər nizamlanmalıdır ki, Rusiyanın Qarabağ problemindən istifadə edərək Ermənistana təsir imkanları azalsın, nəticədə, Avropaya inteqrasiyanın yolu açılsın; 5) Paşinyanın Türkiyə və Azərbaycanla münasibətləri nizamlaması üçün Qarabağ problemindən “imtina etməsinə” ehtiyac var; 6) Paşinyan Qarabağın Rusiya üçün önəmini dəqiq bilir - Ermənistan imtina etsə belə, Rusiya Qarabağdan imtina etməz; 7) elə buna görə də Paşinyan Qarabağı Rusiyaya həvalə edərək, məsuliyyəti onun üzərinə qoyaraq geri çəkilir; 8) bu yolla Rusiya ilə Azərbaycanı üz-üzə qoyur; 9) nəticədə, Rusiyanın manevr imkanları ciddi biçimdə azalır, belə ki, Rusiya iddia edir ki, problem Ermənistanla Azərbaycan arasındadır, mən onları barışdırmağa çalışıram, xilaskaram. Paşinyanın bu addımından sonra Rusiyanın bu imkanı əlindən alınır; 10) Paşinyan deyir ki, problem Rusiya ilə Azərbaycan arasındadır, məsələni onlar həll etsin; 11) Azərbaycanla Rusiyanın üz-üzə qalması, problemin əsl səbəbkarının Rusiya olduğunun üzə çıxması Rusiyanın Azərbaycanadakı nüfuzuna öldürücü zərbə vuracaq; 12) Paşinyanın bu addımı Azərbaycan hakimiyyətinin də ziyanınadır, Azərbaycan hakimiyyəti problemə görə Ermənistanı ittiham edir, indi Ermənistan geri çəkilir, Azərbaycan hakimiyyəti ya Rusiyanı ittiham etməlidir, ya da susmalıdır, iki hal da hakimiyyətin ziyanınadır; 13) Paşinyanın bu addımı Azərbaycan xalqına deyir ki, Qarabağ nə Azərbaycanındır, nə də Ermənistanın, Qarabağ Rusiyanındır, Qarabağı bir rus generalı idarə edir;

  • Rusiya gecikmədən Paşinyanın bəyanatına reaksiya verdi: a) Qarabağdakı Qondarma qurumu işə saldı; b) Araik Arutunyan səkkiz maddəlik bəyanat verdi, birbaşa Paşinyanı ittiham etdi; c) Qondarma qurumun parlamenti xüsusi sənəd qəbul etdi, bu sənəddə deyilir ki, Arsaxın müstəqilliyinə ciddi təhlükə yaranmışdır, bunun səbəbkarı da Paşinyandır; d) Ermənistandakı 5186 hərəkatı (bu rəqəm Ermənistanın savaşdakı itkilərini ifadə edir) mitinq keçirtdi, Paşinyanı satqın adlandırdı, istefasını tələb etdi; e) Koçaryan ona bağlı olan hərəkatın iclasını keçirtdi, Paşinyanı milli mənafeyə xəyanətdə ittiham etdi; ə) Mironov Qarabağa gəldi;       
  • Proqnoz.com