Vətəndaş problemlə üzləşib

15:23 29-12-2021 495

Proqnoz.com: BakınınYasamal rayonu, Mirzağa Əliyev küç. 45, m.18 sakini Elza Əzimova problemlə üzləşib. Onun  AİB-ə ünvanlanan müraciətində deyilir:  “Mən 28 dekabr 2021-ci il tarixində Şərifzadə küçəsində yerləşən “Kontact Home” mağazasında 94,99 manat ödəyərək JBL CLIP 3 portativ akustik sistemi aldım. Kassada ödəniş edəndə bildim ki, mağazada “şeş goşa” oyunu keçirilir. Bir çox insandan eşitmişdim ki, 6 və 6 çıxsa, mal alıcıya pulsuz çatır. Bəxtimi sınamaq qərarına gəldim və mənə  5 və 4 düşdü. Nə isə, evə gələrək mala diqqətlə baxıb rənginin istəyimə uyğun olmadığını gördüm.  Qərara gəldim ki, məhsulu qaytarım.
Mən öz istehlakçı hüquqlarımı bilirəm, əgər mal istifadə olunmayıbsa, qutusu bütövdürsə və qəbz saxlanılıbsa, 14 gün ərzində geri qaytarıla bilər. Həmin gün mağazaya qayıtdım və malı verib pulumun qaytarılmasını xahiş etdim.  Kassada dedilər ki, malı qaytarmaq mümkün deyil, çünki mən “şeş-qoşa” oyunu oynamışam. Kassir suallarıma cavab verə bilməyib, məni mağazanın müdirinə yönləndirdi. Müdir isə dedi ki, pulu mənə qaytarmayacaqlar, çünki  “şeş qoşa” oyununun qaydalarına görə, əgər oyun oynadımsa, malı geri qaytarmaq mümkün deyil.  
Aldığım məhsul hazırda bu mağazadadır və pulu mənə qaytarılmayıb. Yəni  əlimdə nə mal var, nə də pulum.
Xahiş edirəm, mənə qarşı qanunsuz hərəkətləri araşdırasınız və pulumun qaytarılmasına köməklik edəsiniz”.

Nigar