Yük qatarı aşdı

15:55 29-12-2021 900

Proqnoz.com xəbər verir ki, İranın şimalında yük qatarı relsdən çıxaraq aşıb.

İran Şimal Dəmir Yolları İdarəsinin rəisi Xodayar Talebi Mazanadaran vilayətində yük qatarının relsdən çıxaraq aşması barədə xəbər verib.

Talebi dekabrın 29-da bu haqda açıqlama verərək deyib: "Bu gün səhər saatlarında yük qatarı Seyyidabad kəndi yaxınlığında relsdən çıxıb. Xoşbəxtlikdən hadisə zamanı insan tələfatı yoxdur".