Kəlbəcərin keçmiş icra başçısı Qənbər Qurbanov vəfat etdi

13:51 30-12-2021 567

Qəmbər Şəmşiroğlu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun atasıdır

 

Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Kəlbəcər rayonunun keçmiş icra başçısı Qənbər Qurbanov (Şəmşiroğlu) vəfat edib.

 

Bu barədə “Report”a mərhumun yaxınları məlumat verib.

 

Bildirilib ki, Q.Şəmşiroğlu 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.Şəmşiroğlu 1933-cü il noyabrın 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur söz ustası Aşıq Şəmşirin ailəsində dünyaya gəlib.

Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Əmək veteranı” medalları ilə təltif edilib.

Q.Şəmşiroğlu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun atasıdır.