Bakının mərkəzində partlayış: Yaralananlar var

13:53 30-12-2021 405

Bakıda qaz sızmasından partlayış olub. APA-nın məlumatına görə, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

 

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

 

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.