Rəcəb Tayyib Ərdoğan Azərbaycanla bağlanan iki sənədi təsdiqlədi

14:01 30-12-2021 531

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanan iki sənədi təsdiqləyib.

 Bunlar 2012-ci il mayın 10-da Bakıda imzalanan “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Protokol” və 2021-ci il 25 iyunda İstanbulda imzalanan “Beynəlxalq avtomobil daşımaları üzrə Türkiyə-Azərbaycan Qarışıq Komissiyası iclasının Protokolu”dur.
 Mənbə: Resmi Gazete