"Hər gün insanlar 2-4 saat tıxacda qalırlar..." -"Gəlib izahat versinlər"

19:09 30-12-2021 378

"Hər gün insanlar 2-4 saat tıxacda qalırlar, əvvəllər pik saatlar olurdu, indi pik saat anlayışı da yoxdur. İstənilən an tıxacda qalırsan". 

Proqnoz.com: Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, bu istiqamətdə məsuliyyət daşıyan qurumların bu problemin gələn il necə həll olunacağı ilə bağlı izahat verməsini gözləyirik: "İntellektual idarəetmə əvəzinə primitiv cərimə yığmaq yolunu seçdik. İctimai nəqliyyatın strukturu genişləndirilmədi, bu sahəni inkişaf etdirə bilmədik".Deputat diqqətə çatdırıb ki, məmurun işi səhər saat 9-da başlayırsa, o, saat 7-dən yola çıxır: "Biz bu istiqamətdə düşünməliyik. Gələn ili "Bakı şəhərinin xilası ili" kimi qeyd etməliyik. Necə edək ki, insanlar tıxacda vaxt itirməsinlər, insanlara yol xəritəsi təqdim olunsun".