ŞƏMKİR POMİDORUNUN "YIXILAN EVİ" – “Azəriqaz” sahibkarları ağır duruma salıb/FOTO+VİDEO

19:29 30-12-2021 567

Şəmkir rayonunda bir qrup sahibkar istixanaların qızdırılmasıyla bağlı ciddi problemlə qarşılaşıb.

Yenixeber.org: Rayonun Əliyaqublu kəndindəki fermerlərin qarşılaşdığı istilik problemi “Azəriqaz”-ın həmin şəxslərdən təbii qaza görə olan borclarını dərhal tələb etməsidir. Lakin sözügedən sahibkarlar ötən il AQTA-nın sertifikatlaşmanı gecikdirməsi səbəbindən mallarını bazara çıxara bilməyiblər. Nəticədə böyük ziyana düşən sahibkarların maliyyə vəziyyəti borcu ödəməyə imkan vermədiyindən “Azəriqaz”dan borc tələbini ertələməyi xahiş edir. Lakin sözügedən qurum heç cür razılığa gəlmir və istixanaları qazsız qoyur.

Bu problemlə bağlı “Prime TV”-nin reportajını təqdim edirik: