Qəbələdə yol kənarında kişi meyiti aşkarlanıb

20:22 30-12-2021 513

Qəbələ rayonunda kişi meyiti aşkarlanıb.

 “Report” xəbər verir ki, bu gün səhər saatlarında Mıxlıqovaq kəndi ərazisində, yol kənarında kişi meyiti tapılıb.

 Müayinə zamanı məlum olub ki, meyiti tapılan şəxs rayonun Mirzəbəyli kənd sakini 1966-cı il təvəllüdlü Mübariz Əlövsət oğlu Kərimovdur.

 Hadisə ilə bağlı araşdırmalara başlanılıb.