Ermənistan aviaşirkəti İrəvan – İstanbul – İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirəcək

20:26 30-12-2021 378

Ermənistanın mülki aviasiyası idarəsi “Flyone Armenia” aviaşirkətinə İrəvan – İstanbul – İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirməyə icazə verib.

 Bu barədə şirkətin idarə heyətinin sədri Aram Ananyan bildirib.

 “Flyone Armenia” bir neçə gün əvvəl Ermənistan və Türkiyənin aviasiya qurumlarına İrəvan – İstanbul – İrəvan marşrutu üzrə çarter reyslərinin yerinə yetirilməsi üçün icazə almaq xahişi ilə müraciət edib. Müsbət cavaba görə Ermənistan aviasiya idarəsinə təşəkkür edirik”, – deyə o bəyan edib.

 Şirkət indi də Türkiyə tərəfindən icazə gözləyir.

 Mənbə: TASS