Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

14:25 31-12-2021 405

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Birinci vitse-prezident bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

 

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!” – paylaşımda qeyd edilib.