BMT Baş Assambleyasının prezidenti Azərbaycanın daimi nümayəndəsinə təşəkkür edib – FOTO

15:57 03-01-2022 495

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahid Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Yaşar Əliyevə təşəkkür edib.

 

 

“Səfir Yaşar Əliyev, peyvənd bərabərliyinə verdiyiniz dəstəyə görə təşəkkür edirəm”, – deyə BMT Baş Assambleyası prezidentinin “Twitter” hesabında bildirilib.

 

Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasının peyvənd bərabərliyi ilə bağlı qətnaməsini dəstəkləyib.