Azərbaycanda siqaret bahalaşdı

19:43 03-01-2022 531

Azərbaycanda növündən asılı olmayaraq bütün siqaret markaları bahalaşıb.

 

Proqnoz.com-un məlumatına görə, qiymət artımı bu gündən etibarən müşahidə olunmağa başlayıb.

 

Məhsulun topdan alış və satışı ilə məşğul olan sahibkarın sözlərinə görə, bir qutu siqaret marka və çeşidindən asılı olmayaraq 10-20 qəpik civarında bahalaşıb.

Bir sıra siqaretlərin qiymətləri isə 20-40 qəpik civarında artıb. Satış məntəqələrindən bildirilib ki, bahalaşma firmaların siqaretləri baha gətirməsi ilə bağlıdır.

Ümumilikdə isə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.

MillətinSəsi.info