TÜRKİYƏNİN İXRACATI REKORD HƏDDƏ ÇATIB - Ərdoğan açıqladı + VİDEO

20:36 03-01-2022 540

2021-ci ildə Türkiyənin ixracatI 2020-ci illə müqayisədə 32,9% artaraq rekord həddə - 225,4 milyard ABŞ dollarına çatıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Ərdoğan 2021-ci ildə xarici ticarət kəsirinin 7,8 faiz azalaraq 45,9 milyard dollara dfüşdüyünü, ixracın idxala nisbətinin isə 83,1 faizə yüksəldiyini açıqlayıb.

"2022-ci il üçün ixrac hədəfimizi 250 milyard dollar olaraq yenidən nəzərdən keçiririk", - Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı investisiya qoyuluşu, məşğulluğun təmin edilməsi, istehsal və ixrac hesabına böyüməkdə, inkişaf etməkdədir.

R.T.Ərdoğan 20 il bundan əvvəl hakimiyyətə gəldiklərində ölkənin ixcracının dəyərinin 36 milyard dollar təşkil etdiyini və bu rəqəmi 6 dəfə artıraraq tarixi rekorda imza atdıqlarını, o cümlədən 75 adda məhsul ixrac etməklə Cumhuriyyət tarixində ən yüksək rəqəmlərə nail olduqların qeyd edib: “2002-ci ildə cəmi 87,6 milyard olan xarici ticarət həcmimiz 2021-ci ildə 496,7 milyard dollara çatıb.. Xarici ticarət kəsirimiz isə əvvəlki ilə nisbətən 7,8 faiz azalaraq 45,9 milyard dollara enərkən, ixracın idxala nisbəti isə 5,8 faizlik artımla 83,1 faizə yüksəldi. Nəzərə alsaq ki, bu nisbət 2000-ci ildə cəmi yüzdə 51 idi, Türkiyə iqtisadiyyatının bizim dövrümüzdəki inkişafı daha yaxşı başa düşüləcək. Amma müxalifət bunu anlamır. Onların problemi başqadır. Bizim qayğımız millətə sevgidir. Az öncə qardaşlarım söylədiyi kimi ixrac, ixrac, ixrac..."

Türkiyənin hazırda qlobal bir yarışın içində olduğunu və son 12 ayın 11-də ixracat rekordu qırıldığını qeyd edən Ərdoğan bildirib ki,  2002-ci ildə cəmi 33 min 523 firma xaricə məhsul ixrac edirdisə, indi belə  firmaların sayı 101 min 306-ya yüksəlib. 

 
 

Prezident Ərdoğan sözlərini belə davam etdirib: "Ən əhəmiyyətli ticarət tərəfdaşımız olan Avropa Birliyinə (AB) ixracımız 33 faiz artaraq 93,1 milyard dollara çatdı. Üstəlik, AB-yə qarşı 7,7 milyard dollar xalis xarici ticarət profisiti verdik..."

Onun sözlərinə görə, bu illərdə Cənubi Amerika ölkələrinə ixrac 86,6%, Avropa İttifaqına üzv olmayan qitə ölkələrinə ixrac 29%, Yaxın və Orta Şərq ölkələrinə ixrac 22,6%, Şimali Afrika ölkələrinə isə ixrac 44,8% artıb.

Dövlət başçısı 2022-ci ildə ixrac gəlirini 250 milyard dolara çatdırmağı, həmçinin 5 faizlik iqtisadi artım hədəflədiklərini deyib, ötən il xarici ticarət dövriyyəsinin mühüm qisminin lirə ilə gerçəkləşdiyini diqqətə çatdırıb. 

"AzPolitika.info" Ərdoğanın çıxışını təqdim edir: