Təhsil şöbəsinin müdirinin avtomobili niyə standartdan kənardır? – FOTOFAKT

12:09 05-01-2022 513

Bəzi sürücülər guya daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər, lakin bu hərəkət qayda pozuntusu hesab edilir. Yəni sürücünün adi kiçik xətt hesab etdiyi simvolun pozulması dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir. Bu da nəticədə yol polisi tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır.

 

MillətinSəsi.info  xəbər verir ki, “Hurriyyət”in oxucularından biri bu cür qanunu pozuntusu ilə rastlaşıb və lentə alıb.

 

Belə ki, fotodakı avtomobil Cəlilabad RTŞ-nin müdiri Ağaxan Ağayevin xidməti avtomobildir. Fotodan göründüyü kimi avtomobilin qeydiyyat nömrə nişanının defis işarəsinin qarası yoxdur. Əgər dövlət məmuru özünü avtoxuliqan kimi aparırsa, bu ona cərimə yazılmasına tam əsas yaradır. Cəlilabad rayon Təhsil Şöbəsinin müdirinin atdığı bu addım qoyulan standartın tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, dövlət qeydiyyat nişanı standarta uyğun deyilsə, inzibati xətalar məcəlləsinin 342.7-ci maddəsi ilə sürücü 60 manat cərimə olunur və hesabına 4 cərimə balı yazılır. Avtomobilin nömrəsi standarta uyğun deyilsə, hətta həmin avtomobil hərəkətdən kənarlaşdırılır, duracağa aparılır. Bundan sonra sürücü nömrələri açıb götürməlidir, yenisi ilə əvəzləyib, gətirib üstünə bağlayıb, maşını aparmalıdır. 60 manat və 4 bal bir kənara, sürücü bilməlidir ki, polis saxlasa avtomobili cərimə meydançasına da apara bilər.

Qeyd edək ki, A.Ağayev Vətən müharibəsi qazisidir. O,Azərbaycan Ordusunun ötən il sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edib.

O, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Cəsur döyüşçü” medalına layiq görülüb. Daha sonra təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən A.Ağayevə “II dərəcəli dövlət qulluqçusu” ixtisas dərəcəsi verilib.

Xatırladaq ki, bundan əvvəl Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova olub.