Rüşvət almaqda ittiham olunan Xocahəsən Sağlamlıq Mərkəzinin direktorunun məhkəməsi başlayır

12:13 05-01-2022 396

Bakı şəhər Binəqədi rayon Xocahəsən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Proqnoz.com APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

 

Qeyd edək ki, Bakı şəhər Binəqədi rayon Xocahəsən Sağlamlıq Mərkəzinin direktoru Əliyar Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi tanınıb.