Paytaxtda motosiklet sürücüsü polisdən qaçmağa çalışdı – ANBAAN VİDEO

12:18 05-01-2022 405

Bakıda motosiklet sürücüsü polisin “saxla” əmrinə tabe olmayıb.

 

 

Oxu.Az xəbər verir ki, hadisə dekabrın 22-də baş verib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə motosiklet sürücüsünün DYP əməkdaşına tabesizlik göstərdiyi aydın görünür.

 

99-YP-263 dövlət nömrə nişanlı DYP əməkdaşı onu saxlamaq üçün maşını motosikletin qarşısına verir. Bu zaman motosiklet sürücüsü qaçmağa cəhd göstərsə də, polis əməkdaşı avtomobildən düşərək onu saxlayıb.

 

Könül Cəfərli