Buğda nə qədər bahalaşıb?

13:59 05-01-2022 306

Proqnoz.com xəbər verir ki, Bakı və Respublika ərazisində un məmulatlarının qiyməti artıb.

COVİD-19 pandemiyası səbəbindən dünyada yaranmış inflyasiya ərzaqlıq buğdaya da təsir göstərib.

Dünya üzrə buğdanın qiymətləri 11 ilin maksimumuna çatıb ki, bu da Rusiyanın buğda ixracına rüsum qoymasına səbəb olub.

Azərbaycana bu ərzaqın idxalının 96,7% Rusiyanın payına düşür. Ötən ilin noyabr ayına olan məlumata əsasən ərzaqlıq buğdanın 1 tonunun qyməti ortalama 334 ABŞ dolları olub ki, bu da 2020-ci ilin dekabr ayı ilə müqayisədə 35,2% çoxdur.

Buğda idxalına ƏDV-nin ləğv olunması və sahibkarlara subsidiya verilməsi qiymətləri bu günə qədər sabit saxlayırdı.
Akif Nəsirli