Təcili tibbi yardım maşınlarının ünvana gec çatmasının səbəbi BİLİNDİ

16:39 05-01-2022 423

“Paytaxt üzrə mövcud olan 139 briqada adi günlərdə 1700-1800 çağırışı gecikmədən normal şəkildə icra etmək gücünə malikdir. Çağırış yerinə çatmaq isə ərazidən asılı olaraq maksimum 40 dəqiqə çəkə bilər”.

 

 

Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva təcili yardım avtomobillərinin çağırış ünvanına gec çatması barədə cəmiyyətdəki narazılıqlara münasibət bildirərkən deyib.

 

N.Fərzəliyeva bildirib ki, bəzən hadisə yerinə təcili yardım avtomobilinin gec çatması barədə narazılıqlar səsləndirilir:

 

“Nəzərə almaq lazımdır ki, çağırışlar çox olduqca gecikmələr qaçılmaz ola bilir. Əgər çağırışların sayı adi gündələrdə olduğundan çoxdursa, istər-istəməz gecikmə ola bilər. Çağırış çox olanda çeşidləmə yolu ilə icra etməyə diqqət edirik”.