Qazaxıstan Səhiyyə Nazirliyi: Mindən çox insan yaralanıb

13:22 06-01-2022 486

Qazaxıstanda iğtişaşlar nəticəsində mindən çox insan xəsarət alıb, bir neçə yüz nəfər xəstəxanaya yerləşdirilib, onlarla insan reanimasiyadadır.

Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib.

 

Qeyd edilir ki, yaralıların 400 nəfəri xəstəxanada müalicə olunur, 62-si reanimasiyaya yerləşdirilib.

 

Bundan əlavə, cinayətkarların həkimlərə hücum etdiyi qeyd olunur: “Cinayətkarların əməllərindən 10-dan çox tibb işçisi zərər çəkib”.