Üç övlad atası Mehriban Zeynalovanın sığınacağını “ağ yuyub qara sərdi”-ŞOK İTTİHAM/VİDEO

17:07 06-01-2022 477

Proqnoz.com: Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir və analıq, atalıq, uşaqlıq qanunla mühafizə olunur. Ailə Məcəlləsinin I maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və s. ibarətdir. Ailədə uşaqların hüquqlarının qorunmasına gəlincə, qanunvericilikdə bu barədə bir çox maddələr mövcuddur. Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdirlər.

 Ailə Məcəlləsinin 56-cı maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu Məcəllənin 58-ci maddəsində isə, valideynlərin uşaqlarını tərbiyə etmək hüququna malik olmaları və uşaqlarını tərbiyə etməyə borclu olmaları təsbit olunub. Belə ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlik hüquqlarının həyata keçirilməsi zamanı uşaqların mənafeyinə zidd addımlar atıla bilməz və valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına heç bir halda xələl gətirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsində də qeyd olunub ki, uşaqlarla bağlı həyata keçirilən dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmalarına, mütərəqqi tələblər əsasında təhsil almalarına, layiqli vətəndaş kimi formalaşmalarının təmin olunmasına yönəldilir. Bu yöndə dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir və bu proqramların yerinə yetirilməsi zamanı, dövlət orqanları ilə bərabər, digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.

  Qeyd edək ki, Ailə Məcəlləsi və Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun varlığına baxmayaraq, Bakı şəhəri, Yasamal rayonu, D. Bünyadzadə küçəsi, ev-4 ünvanında yaşayan Hüseynov Hüseyn Vaqif oğlugilin ailəsində yaşananların varlığı, məhz fərqli məqamların varlığından xəbər verir. Belə ki, bu günlərdə Gundemxeber.az-ın redaksiyasına ərizə ilə müraciət edən Vaqif Hüseynov bildirir ki, “Mən 2002-ci ildə anası olmayan bir xanımla  ailə həyatı qurdum və bu evlilikdən bizim iki oğlan, bir qız övladımız dünyaya gəldi.

 2005-ci ildə mənə məlum oldu ki, qaynənəm Rüstəmova Solmaz Aqakərim qızı 1998-ci ildə başqa bir qadınla, yəni Qədırova Solmaz Əlövsət qızı ilə evdən qaçır və hal-hazırda onlar Sabunçu rayonu ərazisində birlikdə yaşamaqdadırlar. Bildirim ki, qaynatam dünyasını dəyişdikdən sonra peyda olan qaynənəmlə həyat yoldaşmın görüşməsinə heç cür imkan vermirdim. 2021-ci ilin yanvar ayında anamın təkidi ilə həyat yoldaşmın anası Solmaz Rüstəmova ilə görüşməsinə razılıq verdim. Dörd gündən sonra həyat yoldaşım evə qayıtdı və məndən ayrılmaq isdədiyni bildirdi. O halda mən heç cür razı olmadım. Bu yöndə israr etməyimə baxmayaraq, 2021-ci ilin iyun ayında həyat yoldaşım 14 yaşlı qızımı və 10 yaşlı oğlumu evdən götürüb qaçır və hər iki övladımı Bakı şəhəri, Binəqədi rayonunun “Motodrom” adı ilə tanınan ərazisində, hansı ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə sədrlik edən Mehriban Zeynalovanın rəhbərlik etdiyi sığnacağa yerləşdirir. Qeyd edim ki, hal-hazırda onlar həmin sığınacaqdadırlar.

Bu gün sığnacağın rəhbərliyi uşaqlarımla görüşməyimə heç cür imkan vermir və o, uşaqlarımın məktəbdən yayınmalarına şərait yaradır. Şəxsən sığınacağın rəhbəri Mehriban xanım mənə “Uşaqlar xəstə olduqlarından məktəbə getmirlər” deyib. Sığınacağın rəhbəri uşaqlarımın şəkillərini sosial şəbəkələr vastəsi ilə yayımlayır və onların adlarına hesab nömrələri acıb pul köçürmələri həyata keçirtdirir, hətta onları dilənməyə də məcbur edir. Qeyd etdiklərimi sübuta yetirmək üçün, məndə lazımi şəkillər var. Sığınacağın rəhbərliyi bildirir ki, “Uşaqlar xüsusi avtomobillə dərsə gedirlər”. Əslində həm mənim uşaqlarımın, həm də digər uşaqların sığnacaqdan səhər saat 7-də çıxıb təqribən 1-km palçıqlı yolla avtovağzal ərazisinə qədər piyada getmələri, daha sonra 7A saylı avtobusa minib şəhərin içi ilə təqribən 10 km yolu getmələri, daha sonra avtobusdan düşüb təqribən 1 km yolu piyada gedərək məktəbə çatmalarını özündə əks etdirən şəkillər var. Qeyd edim ki, sığınacaqda qalan qadınları isə, rəhbərlik özlərinə məxsus kiçik müəssisələrdə işlədirlər. 

Sığınacağa toplanan ianələrdən, reklam tədbirlərindən, dövlətdən, imkanlı şəxslərdən və s. toplanan puların aqibəti necə olur, məhz bu haqda kimsə müfəssəl məlumata malik olmur. (Faktiki mənim uşaqlarımı sığınacaqda girov saxlayıb diləndirirlər!) Sığınacaq rəhbərliyi sosial şəbəkələrdə paylaşdıqları şəkillərə mənfi rəy yazan şəxsləri blok edirlər, yaxud da yazılanları silib təmizləyirlər. Bildirmək istəyirəm ki, sosial vəzyyətim heç də pis deyil və ailəmi normal şəkildə saxlamağa hər cür imkanım var. Bu gün 19 yaş həddində olan böyük oğlum mənim yanımda qalır. Bizim ailəmizdə baş verən belə bir olayların əsas səbəbkarı, 1998-ci ildə Hövsan qəsəbəsinə qadınla qacan qaynənəmdir və  41 yaşlı qaynımdır.

 Həyat yoldaşımdan narazılığım yoxdur və mən onu bilirəm ki, o, qaynənəmin və qaynımın vasitəsilə yolundan çıxıb. Bu gün şikayətim sığınacağın rəhbərliyindəndir. Çünki, Mehriban xanım digər uşaqların adlarından, eyni zamanda mənim uşaqlarımın adlarından da sui-istifadə edir və bu yolla maddi maraqlarının təmin olunmasına çalışır”. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.(Yenixeber.org)