Ofisdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib-AÇIQLAMA

18:55 07-01-2022 684

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib.

Proqnoz.com: Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 125 m² olan ofisin (fəaliyyət göstərmir) mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Ofisin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.