Səhiyyə sistemindəki özbaşınalıq barəsində isə əlavə şərhə ehtiyac yoxdur. Bu, zatən hər kəsə bəllidir…

Gəncə Beynəlxalq Xəstəxanasının İnvaziv Kardioloqu DR. Sənan Təhməzov pasiyenti ailə üzvülərinin gözü qarşısında təhqir edib.

Bu haqda Dünyanınsəsi.Az saytına Kəlbəcər rayon sakini Uğurlu Bəşirov tərəfindən şikayət edilib.
Şikayətçinin iddiasına görə bu gün müayinə olunması üçün sözügedən xəsətəxnaya pul vəsaiti ödəyərək qəbiz alıb.

Həkim kordioloq Sənan Təhməzov və Emin adlı həkimlər öz yaxın münasibətləri olan bir neçə şəxsləri növbədənkənar qəbul ediblər.Məhz bu hərəkətləri həzm etməyən pasiyent Uğurlu Bəşirov adıçəkilən həkimlərə öz etirazını bildirib.

Bundan sonra Sənan Təhməzov xəsətənin ödəniş qəbzini üzərinə ataraq onu ağır sözlərlə övladının  yanında təhqir edərək  xəstəxandan qovub.Faktla bağlı şikayətçi Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə də məlumat verib.

Həkimlərin xəstə və xəstə yaxınları ilə davranışları bir çox hallarda heç bir tərbiyə çərçivəsinə sığmır.Əgər həkim hipokrat andına tüpürüb öz şəxsi marağını güdürsə o,biçarə hardan 55 yaşlı qocya sayğı göstərə bilər?

Gəncə Beynəlxalq Xəsətəxanasının bəzi özündən razı “yekəxana” həkimlərinin diqqətinə çatdırırq ki, Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş “Həkimlərin etik davranış qaydaları”na əsasən, həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır və öz işində Azərbaycan Respublikasının qanunvericiliyini, o cümlədən sahəvi normativ sənədləri rəhbər tutur.

Xəstənin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər görməli olan həkim onunla pasiyent arasında zəruri qarşılıqlı inamın olmamasına əmin olduğu, habelə özünü kifayət qədər peşəkar hiss etmədiyi və yaxud müalicənin aparılması üçün lazımi imkanların çatışmadığı hallarda, təxirəsalınmaz tibbi yardım halları istisna olmaqla, xəstənin müalicəsindən imtina edə bilər. Həkim bu və digər hallarda müvafiq rəhbərliyi məlumatlandırmalı və xəstəyə başqa mütəxəssis tövsiyə etməlidir.

Təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququna hörmətlə yanaşılmalıdır. Pasiyentin, müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla, sağlamlığının vəziyyəti barədə məlumat almaq hüququ var.

Həkim pasiyentin şərəf və ləyaqətinə, şəxsi sirr hüququna hörmət etməli, onun və ailə üzvlərinin şəxsi işlərinə qarışmamalı, ona səmimi münasibət göstərməlidir.

Sadaladıqlarımın hamısı əməl ediləcəyi təqdirdə çox gözəldir…

Təəssüf ki, xəstəxanalarda bu qaydalara əməl edən həkimlər barmaqla sayılacaq qədər azdır. Əyninə ağ xalat geyinən Sənan Təhməzov kimilərdən nə sağlamlıq keşikçisi ola bilər ki,vətəndaşa tibbi xidmət göstərmək əvəzinə onu təhqir edir həm də xəstəxanadan qovur.Bu cür hərəkət sərgiləyən tibb işçisini nəyin ki, Gəncə Beynəlxalq Xəstəxanasının həm də dünya tibbinin üz qarası hesab etmək olar.

Redaksiya olaraq səsləndirilən iddia ilə bağlı Gəncə Beynəlxalq Xəsətəxansının İnvaziv Kardioloqu DR. Sənan Təhməzovla əməkdaşımız əlaqə saxlayıb.

Həmin açıqlamanı təqdim edirik: ” Bəli, Uğurlu Bəşirov qəbulumuzda olub. Növbədənkənar xəstə qəbulu ilə bağlı insident yaranıb. Məhz buna görədə onu qəbul etməkdən imtina etmişəm.Mən onun ödəmiş olduğu vəsaiti cibimdən qaytarası olsam belə onu təkrar qəbul etməyəcəm” – deyərək öz münasibətini bildirb.