Cəlilabad Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayevin QANUNSUZ ƏMƏLLƏRİ

15:17 10-01-2022 594

Cəlilabad Təhsil Şöbəsinin Baş mühasibi  Rəşad Salmanov narkotik maddə ilə həbs olunub…

 

Cəlilabadda, hətta sovet dövründə təhsilin səviyyəsi yüksək olub. Texniki fakültələrdə xeyli sayda Cəlilabad məzunları təhsil alırdı. Müstəqillik DÖNƏMİNDƏ elə bilki bu rayonun təhsilinin başına daş düşdü.

 

Rayonun Təhsil şöbəsinin bir müdiri var idi, Vidadi Dövlətov. Rüşvətxorun və korrupsionerin  yekəsi olması cəhənnəmə…

Bu adam dünyaya uşaq gətirməyə gedən, yəni dekret məzuniyyətinə gedən xanım müəllimlərə deyirdi ki, dekret pulunun yarısı mənimdir…
Bu adamdan soruşan yox idi ki, ay adam, bu qadının əvəzindən sən doğacaqsan?
Sən körpəni əmizdirəcəksən?
Bəlkə, sən körpəyə qulluq edəcəksən?
Bir sözlə, belə rüsvayçılıq görünməyib.

Bu hələ harasıdır?

Təsəvvür edirsiniz, Cəlilabad Təhsil Şöbəsinin Baş mühasibi Rəşad Salmanov narkotik maddə ilə həbs olundu. Nəticədə TŞ-nin müdiri Vidadi Dövlətov vəzifəsindən getdi.

Və 2019-cu ildə Cəlilabad Təhsil Şöbəsinə təzə nazəndə müdir gəldi:
Bəli, Qərənfil Əhmədova Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri vəzifəsinə  təyin olundu.
Qərənfil xanım da gələn kimi özünü rüşvətə və korrupsiyaya möhkəm dirədi.

Qərənfil xanım əvvəlki müdirdən gözüaçıq idi, tələm-tələsik mətbuat işçiləri ilə dil tapmağa, bazarlıq etməyə başladı ki… Mediaya informasiya sızmasın. Hətta Qərənfil xanım TŞ-nin iclaslarında mobil telefonları qadağan etmişdi, elə bil GESTAPO idi.
Nə isə…

2021-ci ildə Qərənfil xanım da Cəlilabad TŞ-nin müdiri vəzifəsindən getdi. Və…
İndi görək, Cəlilabad Təhsil Şöbəsinin müdiri kimdir?
Deməli, https://jalilabad.edu.gov.az/ saytında yazılıb:
Ağaxan Çapar oğlu Ağayev 1976-cı ildə Cəlilabad rayonunda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 2011-2014-cü illərdə Lənkəran Dövlət Universitetində riyazi analiz ixtisası üzrə magistr təhsili alıb. 1997-2003-cü illərdə Cəlilabad rayonu Abazallı kənd tam orta məktəbində riyaziyyat müəllimi, 2003-cü ildən Cəlilabad Rayon Təhsil Şöbəsində metodist, 2014-cü ildən isə aparıcı məsləhətçi vəzifəsində çalışıb. Təhsil nazirinin 21 yanvar 2021-ci il tarixli, K-52 nömrəli əmri ilə “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilib.
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2021-ci il tarixli, 84 nömrəli əmri ilə Cəlilabad RTŞ-nin müdiri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti verilib.

Bax, əsas SİRR burda gizlənib.

Axı, Cəlilabadın icra başçısı kimdir ki, Rayon Təhsil Şöbəsinə müdir təyin edir?

Məgər icra başçısı Təhsil Nazirinin səlahiyyətini mənimsəyib? Bax, Cəlilabadda bu idarəetmə sistemi pozulub. Başa düşdünüzmü?

Nə isə…

7 aydır Çaparoğlu Ağaxan Ağayev Cəlilabad TŞ-nin müdiridir. Amma yazının girişində qeyd etdik ki,  rayonunda bəxti təhsil sahəsində heç gətirmir. Bir-birini əvəzləyən təhsil şöbəsinin müdirləri korrupsiyanın ən nadir, ən inanılmaz növlərini özləri ilə gətirir və məhz bunada Cəlilabad təhsilində rast gəlinir.

Belə yerdə deyiblər ki, hara çapırsan, ay Çaparoğlu..?

Hələ bu harasıdır?

Cəlilabad müəllimləri qan ağlayır. Niyə?

Cəlilabada yeni təyin edilmiş icra başçısı Rafiq Cəlilov məktəblərdə kitab və qəzetləri məcburi qaydada satdırır. Direktorlardan və müllimlərdən pul yığılılır. Yerdə qalanlar təfərrüatlardır. Özünüz nəticə çıxardın.

Mənbə gundelik-baku.com