Qazaxıstan universitet rektorunun oğlu avtomobilində öldürüldü

18:32 10-01-2022 459

Qazaxıstan Milli Universitetinin rektoru Janseyit Tuymebayevin oğlu Almatıda etiraz aksiyaları zamanı öldürülüb.

 Bu barədə “Qazaxıstan Teleqraf Agentliyi” xəbər verir.

 

Bildirilir ki, gənc öz avtomobilində güllələnib.

 

“Əl-Farabi” adına Qazax Milli Universiteti rektorun oğlunun güllə yarasından öldüyünü təsdiqləyib”, – deyə məlumatda bildirilir.