Bakıda 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi sinif yoldaşını bıçaqlayıb

10:33 11-01-2022 279

162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur)  yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb. Hadisə dərsdən sonra baş verib. 

 

Proqnoz.com-un sorğusuna məktəbdən cavab olaraq bildirib ki, şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

 

Şagird hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir.

Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur)  hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin rəhbəri, mayor Elşad Hacıyev bildirib ki, Bakıda 162 nömrəli orta məktəbdə sinif yoldaşını bıçaqlayan məktəbliyə cinayət işi başlanılıb.

Məlumata görə, bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı C.Həsənov xəsarət alıb. Kəskin qan itirmədən ağırlaşan gəncin həyatı xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə xilas edilib.

Fakt üzrə cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü N.Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.