Helikopter qəzasında həlak olan hərbi qulluqçuların anım mərasimi keçirildi

10:34 11-01-2022 333

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların anım mərasimləri keçirilib.

 

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər Bakı şəhərində II Fəxri Xiyabanda, Əmircan və Zirə qəsəbələrində, həmçinin Beyləqan rayonunda hərbi qulluqçuların məzar­larını ziya­rət edib əziz xatirələrini ehtiramla yad edib, daha sonra yas məra­sim­lərində iştirak ediblər.