Astara və Lerik meşələri kütləvi şəkildə qırılır – Sakinlər nazir müavinini ittiham edir

11:41 12-01-2022 279

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin qorumalı olduğu meşələrdə kütləvi qırıntılar var.

Nadir ağac növləri ilə zəngin meşələrin işlik material üçün məhv edildiyi yerli sakinlərin AzToday.az-a göndərdiyi görüntülərdə əksini tapıb.

 

Sakinlər iddia edir ki, son meşə qırıntılarını Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun tapşırığı ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində baş mühafizə mühəndisi vəzifəsində çalışan Sərraf Quliyev həyata keçirib. Ali təhsili olmayan Sərraf Quliyevin mərkəzdə əsas söz sahibi olduğu yayılan məlumatlar sırasındadır.

Ən çox qırıntının Astaranın Əsxənəkəran meşəbəyliyinin 2 və 3 saylı meşə dolayları, Lerikin Razvondaband meşəbəyliyinin 18 saylı meşə dolayında qeydə alındığı bildirilir.

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev qeydə alınan qırıntılarla bağlı adekvat tədbirlər görəcək.

AzToday.az meşə qırıntılarının bir hissəsini təqdim edir: