Abşeronda dəhşət: Qadın döyülərək öldürüldü, meyitinin GÖRÜNTÜLƏRİ YAYILDI – VİDEO

11:52 12-01-2022 432

Abşeron rayonunda qadın döyülərək qətlə yetirilib. 

 

Proqnoz.com oxu.az-a istinadla xəbər verir ki,  hadisə ötən gün baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, yanvarın 10-da Abşeron rayonu Fatmayi kəndi ərazisində üzərində bıçaq xəsarətləri olan qadın meyiti tapılıb:

“Qadının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə onun 34 yaşlı Cəlilabad rayon sakini Yenigül Rəhimli olması müəyyən edilib”.

Qeyd edilib ki, qətli törədənin tapılması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.