Pato “Neftçi”də?

11:56 12-01-2022 360

“Neftçi” heyətinə üçüncü futbolçunu qatıb.

 

 

Oxu.Az xəbər verir ki, Braziliyanın “İnternasional” klubundan Qilyerme Pato transfer edilib.

 

20 yaşlı braziliyalı hücumçu icarə əsasında komandaya qatılıb.

 

Onun sonuncu klubu Braziliyanın “Kuyaba” komandası olub. Qilyerme Pato burada da icarə əsasında çıxış edib.

 

Lakin “Neftçi”dən Oxu.Az-a hələ heç bir futbolçu ilə müqavilə bağlanılmadığı bildirilib.

 

Qeyd edək ki, “Neftçi” daha əvvəl Azər Salahlı və Eddi İsrafilovla müqavilə bağlayıb.

 

Səbuhi Musayev