Rusiyada məşhur xəbər aparıcısı 47 yaşında öldü

12:05 12-01-2022 360

Məşhur rusiyalı televiziya aparıcısı Mixail Zelenski 47 yaşında vəfat edib.

 Bu barədə “Rossiya-Kultura” telekanalının rəhbərinin müavini Aleksandr Yefimoviç özünün “Facebook” səhifəsində məlumat verib.

 

“Xatirəsi əbədi olsun…Teleaparıcımız Mixail Zelenski 47 yaşında vəfat edib”.

 

A.Yefimoviç əlavə edib ki, aparıcı qəfildən dünyasını dəyişib.

 

“Rossiya-24” telekanalının rəhbərliyi hələlik Mixail Zelenskinin hansı şəraitdə öldüyü barədə məlumat verilməyib.

 

Bəzi məlumatlara görə, o, Dominikan Respublikasında tətildə olarkən vəfat edib.