İnsan alverində təqsirləndirilən azərbaycanlı qadın beynəlxalq axtarışa verilib

12:29 12-01-2022 378

Azərbaycan hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.

 

APA-nın xəbərinə görə, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

 

Bildirilib ki, 1984-cü ildə anadan olan Azərbaycan vətəndaşı Leyla Əliyeva insan alverində təqsirləndirilir.

Onun saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən L.Əliyeva təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.