ÜST:"Son bir həftədə 15,1 milyon insan COVID-19-a yoluxub"

12:53 12-01-2022 324

Son bir həftə ərzində dünyada rekord sayda - 15,1 milyon insan COVID-19-a yoluxub.

Proqnoz.com: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, yanvarın 3-dən 9-dək dünyada 15 154 666 yeni yoluxma halı qeydə alınıb, 43 461 nəfər xəstəlikdən ölüb. Bu dövrdə yoluxma sayında ən çox artım (7,1 milyon) Avropada olub.

İndiyədək dünyada 308 milyon insan koronavirusa yoluxub, onlardan 5 milyondan çoxu ölüb.