Putinlə Paşinyan-Qarabağdakı vəziyyəti müzakirə edib

13:24 12-01-2022 396

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Proqnoz.com: “RİA Novosti” xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Rusiya Prezidenti və Ermənistanın hökumət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının Qazaxıstandakı fəaliyyətini və Qarabağdakı vəziyyəti müzakirə ediblər.