Təməlqoyma mərasimi keçirilib

13:05 13-01-2022 324

 Proqnoz.com xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud tədbirdə çıxış ediblər.

Prezident İlham Əliyev və şahzadə Əbdül Əziz bin Salman Əl-Səud stansiyanın təməlini qoyublar.