"Qazaxıstan senarisi Cənubi Qafqazda təkrərlənə bilər"

19:42 13-01-2022 261

"Regionun problemləri hələ həllini tapmasa da, Qazaxıstan ssenarisinin Cənubi Qafqaz ölkələrində təkrarlanması ehtimalı çox azdır".

Proqnoz.com xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Nikolay Silayev deyib.

O, qeyd edib ki, siyasi gündəmin ən intensiv olduğu Gürcüstanda belə Qazaxıstan ssenarisi gözlənilmir:

"2020-ci ilin yayından biz Gürcüstanda indi daha kəskin və ya zəif olan siyasi böhranı müşahidə edirik. Amma bu, kütləvi etirazların olduğu Qazaxıstanda gördüyümüzdən tamamilə fərqlidir. Hazırda Qafqaz ölkələrinin heç birində silahlı iğtişaş ehtimalı yoxdur", - deyə N.Silayev söyləyib.

Ekspert qeyd edib ki, region dövlətlərində siyasi vəziyyət çox fərqli şəkildə davam edir: "Ermənistanda siyasi narazılığın ifadə mexanizmləri var. Bu, Gürcüstanda da mövcuddur, baxmayaraq ki, ölkənin siyasi sistemi açıq-aşkar öz işini zəif yerinə yetirir. Azərbaycanda isə buna yanaşmalar daha fərqlidir", - deyə o, qeyd edib.

Paralel.az