Əli Əsədovla -Qazaxıstanın yeni Baş naziri arasında telefon danışığı olub

18:29 13-01-2022 315

Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub.

Proqnoz.com: Bu barədə “Zakon” məlumat yayıb.

Bildirilib ki, Əli Əsədov qazaxıstanlı həmkarını təbrik edərək onu Azərbaycana səfərə dəvət edib.

Azərbaycanın Baş naziri Qazaxıstan xalqının çətin dönəmində öz dəstəyini bildirib. O, Qazaxıstanla iqtisadi-ticarət əlaqələrini genişləndirmək və dərinləşdirmək istədiklərini qeyd edib.

Qeyd edək ki, Ə.Smailov yanvarın 11-də Qazaxıstanın Baş naziri təyin olunub.