Mehriban xanım Əliyeva Azərbaycan Dövlətçiliyinin etibarlı dayağıdır

23:26 12-01-2022 324

Azərbaycan qadını tarixən cəmiyyət və dövlət qurucu luğunda, ictimai həyatda kişilərlə çiyin-çiyinə bir sırada yer alıb. Tarixdə Azərbaycan xatunları sərkərdələrə, xaqanlara təkcə dayaq yox, həm də möhtəşəm ideyaların müəllifləri və memarları olublar.

Bu gün Azərbaycan qadınının ictimai həyatda iştirakını, fəaliyyətini nəzərdən keçirdikdə bu tarixi ənənənin davam etdiyinin şahidi oluruq. Azərbaycan qadınına məxsus ən nəcib, ən ali keyfiyyətləri, mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən və ölkəmizi bütün dünyada ləyaqətlə tanıdan Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva öz həyat yolu və fəaliyyəti ilə o xatunların bu xüsusiyyətlərini özündə təcəssüm etdirir.

Cəmiyyətdə bir sıra mütərəqqi yeniliklərin təşəbbüskarı kimi çıxış etməklə yanaşı, Mehriban xanım Əliyevanın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyindən, elmi təfəkkürünün əliliyindən, mərdliyindən xəbər verir.

Mehriban xanımın cəmiyyətimizin inkişafı naminə gördüyü işlər Azərbaycan qadınının ictimai-siyasi fəallığını daha da artırır və onları cəmiyyətdə daha yüksək zirvələr fəth etməyə səsləyir. Respublikanın ictimai-siyasi, mədəni və sosial həyatında aparıcı qüvvəyə malik olan Mehriban xanım həm də dünya miqyasında beynəlxalq cəmiyyətin nüfuz sahibinə çevrilib.

Onun qadın gözəlliyi, qadın iradəsi, saflığı və sədaqəti, əlbəttə ki, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərləri sistemində formalaşıb. Bütün sahələrdə əməyi olan bu fədakar xanım dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz, müstəsna rola malikdir.

Bəli, bu gün müasirimiz olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva məhz Azərbaycanın ictimai- siyasi və mədəni həyatında xüsusi əhəmiyyətli rola malikdir.

Azərbaycanda baş verən nəhəng sıçrayışlarda, ölkənin simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın danılmaz fəaliyyəti, genişmiqyaslı layihələri öz uğurlu nəticəsini verib.

Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır; insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir.

Mehriban Əliyeva öz fəaliyyəti ilə önəmli bir tarix yazır desək bəlkədə daha doğru olardı. Çünki, Mehriban xanım Əliyeva həmişə evsizlərə arxa olub, kimsəsizlərə dayaq durub, haqsızlığa uğrayanların yanında dayanıb, ədalətsizliklə üzləşənləri işlərinə bərpa edib, bir sözlə, heç bir zaman haqqı nahaqqa verməyib.

O, bu gün Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısıdır və yüzlərlə gənc xanım, ziyalı ondan örnək alır. Hər zaman cənab Prezidentin yanında olaraq ölkəmizin inkişafı üçün əlindən gələni edir.

Onu da xatılamaq yerinə düşər ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə səmimi söhbəti zamanı vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdi, “qardaşlarım” deyərək, hər zaman onlara dəstək olacağını vurğuladı:

“Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.

Hələ bir neçə il bundan öncə Heydər Əliyev Fondunun yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi layihəsi çərçivəsində 1000-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin edilib, qoltuq ağaclarından xilas olublar.

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günü yürüşündə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydublar.

Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində önəmlidir.

Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində böyük mahiyyət daşıyan addımlar Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir.

Öz varlığı ilə məmləkətinə şərəf gətirən Azərbaycanın birinci xanımının ictimai-siyasi fəaliyyəti Azərbaycan haqqındakı təsəvvürlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələnib.

Ölkəmiz haqqındakı təsəvvür, insan haqqındakı təsəvvür Mehriban xanımın bu gün də ənənəvi rol oynayan layihələri əsasında tamam fərqli bir şəkildə özünü xarakterizə edib və edir.

Səmimi etiraf edək ki, Mehriban Əliyeva bu gün müstəqil dövlətdə yaşayan qadın obrazının bütün dünyaya lazımi şəkildə təqdiminə nail olub. O, öz peşəkarlığı, dünya arenasında baş verən hadisələrə yanaşması ilə humanist insan obrazını canlandırıb.

Onun Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsinə çevrilməsində atdığı addımlar çox əhəmiyyətli hadisədir. Bu gün YUNESKO-nun, İSESKO-nun, eləcə də digər beynəlxalq nüfuzlu mədəniyyət təşkilatlarının elə bir tədbiri yoxdur ki, orada Azərbaycanın milli-mənəvi dəyərlərindən, mədəniyyətindən, qədim folklorundan söz açılmasın. O, ölkəmizlə bağlı tarixi həqiqətləri, tarixi faktları, dünyanın nüfuzlu təşkilatlarının iştirakı olan tədbirlərdə qonaqlara çatdırıb, maraqlı faktlar əsasındakı çıxışları ilə ölkə həyatında baş verən hadisələrin təbliğinə nail olub.

Eyni zamanda, onun humanizminin nəticəsi olaraq Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi geniş bir sferanı əhatə edib. Belə ki, ahıllara, qocalara, uşaqlara qayğı ilə yanaşmaq məsuliyyəti çox dəyərli Mehriban xanımın fəaliyyətində özünü təsdiqləyib.

Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər diqqətdən kənarda qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür.

Mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil yə mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsində sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə “Qızıl ürək” beynəlxalq mükafatı, mərhum Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, Fransanın eks-prezidenti Nikolya Sarkozinin sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilməsi və digər belə mükafatlar Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin real qiymətidir.

Fəaliyyətinə görə təqdim olunan mükafatların davamı olaraq Mehriban Əliyevanın Pakistanın nüfuzlu “Daily times” qəzeti və Qadın Könüllülər Təşkilatının “Humanizm simvolu- 2012-ci ilin adamı” elan edilməsi də bəşəri, humanizm prinsiplərini yüksək tutmasına söykənir. Mehriban xanım bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən, təhsil və səhiyyə sahəsində işlərə görə layiq görülüb.

Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda bir sıra layihələr gerçəkləşib. Belə ki, 2007-ci ildə Pakistanın zəlzələdən zərərçəkən Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilib, orada yenidənqurma işləri aparılıb.

Həmin işlər bu gün də uğurla davam etdiril- məkdədir. Onun bu və ya digər uğurlu işləri onu “Humanizm simvolu- 2012-ci ilin adamı” zirvəsinə qaldırıb.

Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və fərdi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz izləri, əməlləri ilə həkk olunur.

Bu gün gözəl Bakımızda Beynəlxalq Muğam Mərkəzi yaradılıb və fəaliyyət göstərməkdədir. Azərbaycanın dünyanı valeh edən bu ecazkar musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb.

Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarının iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb.

Azərbaycanın qədim musiqisi olan əsrarəngiz muğam musiqisi YUNESKO-nun qeyri-maddi irs siya-hısına salınıb. Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və məşhur muğam ustalarının valehedici ifalarının toplandığı “Qarabağ xanəndələri” albomu bu gün bütün dünyada onu sadəcə bircə dəfə dinləyənləri cazibəsindən buraxmır, heyran qoyur.

Hazırda Azərbaycanın, ümumən Türksoylu xalqların qədim musiqisi olan aşıq musiqisinin, aşıq yaradıcılığının, Novruz bayramının YUNESKOnun qeyri-maddi irs siyahısına salınması istiqamətində ciddi işlər görülür. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni və təbii irsinin qorunması siyahısına daxil edilməsində də Mehriban xanımın böyük xidmətləri var.

Mehriban Əliyevanın YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasına toxunmayan bir çıxışını belə xatırlamaq çətindir. O, təkcə çıxışlarında deyil, rəhbərlik etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan həqi-qətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür.

Dünyanın demək olar ki, bir çox dillərində “Azərbaycan həqiqətləri” adlı kitablar nəşr olunub ki, burada Qarabağın tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Xocalıda törətdik-ləri soyqırımı, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, türk insanına qarşı vəhşilikləri barədə geniş məlumatlar öz əksini tapır.

Mehriban xanım Əliyeva özünün təşkilatçılıq məharəti sayəsində bir sıra humanitar proqramlar Azərbaycanı beynəlxalq aləmdə sülhə, yaradıcı inkişafa və digər ölkələrlə əməkdaşlığa çalışan dövlət kimi tanıdan proqramlar həyata keçirir. Onun misilsiz fəaliyyəti Azərbaycan xalqının çox zəngin mədəni ənənələrinin qorunub saxlanılmasına, əhalinin sosial cəhətdən ən zəif təbəqələrinin – qaçqınların, məcburi köçgünlərin aztəminatlı ailələrdən olan uşaqların, yetimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlib.

Onun başçılıq etdiyi və Azərbaycan xalqının əfsanəvi ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond bir çox sosial əhəmiyyətli layihələr həyata keçirir. Onların arasında “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat uğrunda” proqramı xüsusi qeyd edilib.

Ümumiyyətlə, Mehriban xanım Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda qısa zaman ərzində gördüyü böyük işlər insanı valeh edir. Bu, sadəcə SEÇİLMİŞLƏRƏ verilən bir istedad, ağıl və güc sayəsində mümkündür. Bütün bu əhəmiyyətli faktorlar isə Mehriban Əliyevanın xariz- masında mövcuddur. Bu mövcudluq Azərbaycanın adının daha da uca tutulmasında müstəsna rol oynayır.

Tahir Abbaslı
Millətin Səsi.İnfo saytının təsisçisi və baş redaktoru