AFFA daha bir oyunçunu milliləşdirib – FOTO

12:43 14-01-2022 342

Futzal millimiz üçün daha bir braziliyalı milliləşdirilib.

 

 

Oxu.Az-ın xəbərinə görə, həmin oyunçu “Araz-Naxçıvan” klubunda çıxış edən Manekadır.

 

O, hazırda millimizlə birgə Bakı İdman Sarayında məşq keçir.

 

Qeyd edək ki, millimiz yanvarın 16-da Belçikaya yola düşəcək. Komandamız orada Belçika millisi ilə yoxlama oyunu keçirdikdən sonra Avropa çempionatının final mərhələsinin keçiriləcəyi Niderlanda gedəcək. Millimiz D qrupunda yanvarın 22-də Gürcüstan, 26-da İspaniya və 29-da Bosniya və Herseqovina milliləri ilə qarşılaşacaq. İlk iki matç Xroninen, sonuncu qrup oyunu Niderlandın paytaxtı Amsterdamda baş tutacaq.

 

 

Səbuhi Musayev