İlham Əliyev israilli həmkarına başsağlığı verdi

12:54 14-01-2022 225

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu ünvanlayıb. 

Prezident.az xəbər verir ki, məktubda deyilir:

 

“Ananız – Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

 

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.