Rektor İbrahim Cəfərovdan çağırış: “Ölkədə baytarlıq üzrə elmlər namizədi yoxdur”

18:25 13-01-2022 333

Baytarlıq təbabəti üzrə elmlər namizədi təəssüf ki, yoxdur. Çünki bu spesifik sahədir.

MillətinSəsi.info xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyib.

 

Onun sözlərinə görə, məsələn, hüquq elmlər namizədi lazım olsa 15-20 nəfər gəlib, sənəd verə bilər, lakin adıçəkilən sahədə vəziyyət tam fərqlidir:

“Bu gün baytarlıq təbabəti ixtisası ölkədə bir Aqrar Universitetdə, bir də Baytarlıq Elmi Tədqiqat İnstitutundadır. Bu, çox məhdud saydadır. Mənim göstərişimlə illərdir biz yaxşı tələbələri 3-cü kursdan izləyirik. Tələbələrə dəstək veririk, onlar üçün xüsusi müəllim tuturuq. Lakin onların yetişməsi 7 il çəkir. Bir nəfərin magistraturaya qəbul olunub, dərəcə alması 7 il müddət alır. Bu sahədə peşəkarların azlığı sahəyə marağın olmamasından deyil, prosesin çox uzun olmasından irəli gəlir”.